Dr. Sərxan Əmirquliyev
Tədbirlər

61-ci Türk Nevrologiya Konqresində iştirak etdik.

15 Yanvar 2026

sarxan doktor

13–17 dekabr 2025-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən 61-ci Türk Nevrologiya Konqresi nevrologiya sahəsində beynəlxalq əhəmiyyət daşıyan nüfuzlu elmi tədbirlərdən biri idi.

Bu mötəbər konqresdə “Regional Session” çərçivəsində “Pediatrik praktikada birincili baş ağrılarının yayılması və diaqnostik çətinlikləri” mövzusunda məruzə ilə çıxış etdik.

Məruzəmizdə uşaqlarda birincili baş ağrılarının yayılma xüsusiyyətləri, diaqnostik yanaşmada qarşılaşılan çətinliklər və klinik praktikada diqqət yetirilməli əsas məqamlar elmi və praktik baxımdan iştirakçıların diqqətinə çatdırıldı. Təqdimat müzakirələrə səbəb oldu və maraqla qarşılandı.

Konqres çərçivəsində nevrologiya sahəsində çalışan mütəxəssislərlə elmi fikir mübadiləsi aparmaq və regional əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə etdik.

Bu konqresdə iştirakımız həm peşəkar fəaliyyətimiz, həm də pediatrik baş ağrıları sahəsində aktual mövzuların beynəlxalq elmi platformada təqdim olunması baxımından mühüm əhəmiyyət daşıdı.

Tədbirə dəvətə görə Türk Nevrologiya Cəmiyyətinə, Elmi Komitəyə və konqresi yaddaqalan edən bütün iştirakçılara təşəkkürümüzü bildiririk.

Digər tədbirlər

1c593e3b 6589 45ed 9111 15fd0daa59e6

21 Yanvar 2026

Azərbaycan Psixiatriya və Sinir Elmləri Konqresində iştirak etdik

01–02 noyabr 2025-ci il tarixlərində Bakı şəhərində, Radisson Oteldə keçirilən “Azərbaycan Psixiatriya və Sinir Elmləri Konqresi” psixiatriya və nevrologiya sahəsində ölkə üzrə aparıcı mütəxəssisləri bir araya gətirən nüfuzlu elmi platformalardan biri oldu. Konqres çərçivəsində psixi sağlamlıq, nevroloji xəstəliklər, müasir diaqnostik yanaşmalar və müalicə strategiyalarına dair aktual mövzular geniş müzakirə edildi. Elmi sessiyalarda təqdim olunan məruzələr…

Img 20251220 143559 1

20 Dekabr 2025

Beynəlxalq Miqren və Baş ağrıları Konfransında iştirak etdik

20 dekabr 2025-ci il tarixində Bakı şəhərində keçirilən Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin (AMMİB) 1-ci İllik Beynəlxalq Konfransında Birliyin həmtəsisçisi və Təşkilat Komitəsinin sədri Dr. Sərxan Əmirquliyev iştirak etmişdir. Konfransın açılış mərasimində çıxış edən Dr. Sərxan Əmirquliyev tədbir iştirakçılarını salamlayaraq, konfransın əsas məqsədinin baş ağrısı və miqrenin diaqnostika və müalicə imkanlarının genişləndirilməsi, beynəlxalq təcrübənin paylaşılması…

27ba4f1f be5a 4e4a aef4 e1847cae838a

7 Dekabr 2025

EHC25 — Avropa Baş Ağrıları Federasiyasının 19-cu Avropa Baş Ağrıları Konqresində iştirak etdik

3–6 dekabr tarixlərində Portuqaliyanın Lissabon şəhərində keçirilən EHC25 — Avropa Baş Ağrıları Federasiyasının 19-cu Avropa Baş Ağrıları Konqresində Miqren və Baş Ağrıları Mərkəzinin rəhbəri Dr. Sərxan Əmirquliyev iştirak etmişdir. Konqres çərçivəsində Dr. Sərxan Əmirquliyev iki elmi sessiyaya — “Late-Breaking Oral Abstract Session” və “E-Poster Session” — sessiya sədri qismində rəhbərlik etmişdir. Bu, beynəlxalq elmi ictimaiyyət…