Dr. Sərxan Əmirquliyev
Miqren və baş ağrıları üzrə mütəxəssis

Dr. Sərxan Əmirquliyev

Ana səhifəyə geri dön
sarxan-amirguliyev

Dr. Sərxan Əmirquliyev

Nevroloq, miqren və baş ağrıları üzrə mütəxəssis

Bakıda, Citomed klinikasında yerləşən Miqren və Baş Ağrıları Mərkəzinin rəhbəridir. Uşaq, yeniyetmə və yetkin xəstələri qəbul edir.

Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin sədri və həmtəsisçisidir. İxtisasını Kopenhagen və Kiel universitetlərində almış, hazırda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda pedaqoji fəaliyyət göstərir.

Baş ağrısının müalicəsi düzgün diaqnozdan başlayır.

Diaqnostika və müalicə

Klinik yanaşma

Baş ağrısı ilə yaşayan xəstələrin bir çoxu illər boyu ağrıkəsicilərlə keçinir və dəqiq diaqnoz almır. Halbuki baş ağrısı vahid xəstəlik deyil: beynəlxalq təsnifatda onun yüzlərlə forması təsvir olunmuşdur və hər formanın müalicə taktikası fərqlidir.

Bu səbəbdən qəbulda ilk mərhələ ağrının formasının müəyyən edilməsidir. Şikayətin tarixçəsi, ağrının xarakteri, tezliyi, davametmə müddəti və onu törədən amillər ətraflı araşdırılır. Diaqnoz Beynəlxalq Baş Ağrısı Cəmiyyətinin təsnifatına əsasən qoyulur.

Diaqnoz dəqiqləşdirildikdən sonra müalicə hər xəstə üçün fərdi planlaşdırılır. Bir çox halda dərman müalicəsi kifayət edir; daha inadkar hallarda sinir blokadaları və inyeksiya müalicəsi tətbiq olunur.

Tətbiq olunan prosedurlar

  • Botulinum toksini (Botoks) inyeksiyaları
  • Böyük ənsə siniri (GON) blokadası
  • Kiçik ənsə siniri (LON) blokadası
  • Supraorbital sinir (SON) blokadası
  • Digər periferik sinir blokadaları
  • CGRP əleyhinə profilaktik inyeksiyalar
Kopenhagen, Kiel, Bakı

Təhsil və ixtisas

İxtisasını miqren tədqiqatlarının aparıcı Avropa mərkəzlərində almışdır.

  1. 2006

    Azərbaycan Tibb Universitetini bitirmişdir.

  2. 2020

    Mart ayından Kopenhagendəki Danimarka Baş Ağrılar Mərkəzində araşdırmaçı həkim kimi fəaliyyətə başlamış və 2022-ci ilin iyul ayına qədər həmin mərkəzdə çalışmışdır.

  3. 2021

    Almaniyanın Kiel şəhərindəki Christian Albrechts Universitetinin Miqren və Baş Ağrılar Təbabəti fakültəsində təhsil almışdır.

  4. 2023

    Noyabr ayında magistr tezisini müdafiə edərək Miqren və Baş Ağrılar Mütəxəssisi dərəcəsi almışdır.

  5. 2024

    Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və Klinik Neyrofiziologiya kafedrasının doktoranturasına qəbul olunmuşdur.

  6. 2026

    Fevral ayından həmin kafedrada lektor vəzifəsində pedaqoji fəaliyyət göstərir.

Citomed klinikası, Bakı

Xəstə qəbulu

  • ÜnvanMöhsün Sənani küçəsi 106, Bakı AZ1078
  • İş günləriBazar ertəsindən şənbəyə qədər
  • Qəbul saatlarıSaat 09:30 ilə 16:00 arası

Konsultasiya dilləri

Flag azFlag trFlag gbFlag deFlag ruFlag dk

Qeydiyyat

+994 50 263 04 35

Uşaq, yeniyetmə və yetkin xəstələr qəbul olunur. Şəhərdən kənarda yaşayan xəstələr üçün onlayn konsultasiya imkanı mövcuddur.

Həkimlə əlaqə
Beynəlxalq təşkilatlar

Vəzifələr və üzvlüklər

  • AMMİB sədri

    Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin sədri və həmtəsisçisidir.

  • Avropa Baş Ağrı Federasiyası

    Federasiyada Azərbaycanın səlahiyyətli nümayəndəsidir.

  • Beynəlxalq Baş Ağrısı Cəmiyyəti

    Cəmiyyətin üzvü, qrant mükafatçısı və məruzəçisidir.

  • MENA cəmiyyəti

    Beynəlxalq baş ağrıları cəmiyyətinin idarə heyətinin üzvüdür.

  • EHC 2025 elmi komitəsi

    Avropa Baş Ağrı Konqresinin elmi proqram komitəsinin üzvüdür.

  • Elmi nəşrlər

    Brain, Cephalalgia və Frontiers in Neurology jurnallarında dərc olunmuş elmi məqalələrin müəllifi və həmmüəllifidir.

12 sənəd

Sertifikatlar

Məlumat

Ən çox verilən suallar

Baş ağrısı ilə həkimə nə vaxt müraciət etmək lazımdır?

Ağrı ayda bir neçə dəfə təkrarlanırsa, adi ağrıkəsicilər təsir etmirsə və ya onlardan həftədə bir neçə dəfə istifadə etmək lazım gəlirsə, müayinəni gecikdirmək olmaz. Bəzi əlamətlər isə təcili müraciət tələb edir: saniyələr içində başlayan çox güclü ağrı, qızdırma və ya boyun sərtliyi ilə müşayiət olunan ağrı, görmə, danışıq və hərəkət pozğunluqları, huşun dəyişməsi, kəllə travmasından sonra yaranan ağrı, 50 yaşdan sonra ilk dəfə başlayan yeni tipli ağrı.

Diaqnoz necə qoyulur?

Baş ağrısının diaqnozu əsasən müsahibə və nevroloji müayinə ilə qoyulur. Ağrının nə vaxtdan başladığı, başın hansı hissəsində olduğu, davametmə müddəti, hansı hallarda gücləndiyi və dərmanlara verdiyi cavab araşdırılır. Ehtiyac olduqda əlavə müayinələr təyin edilir. Baş ağrısı günlüyünün aparılması diaqnozun dəqiqləşdirilməsinə kömək edir.

Hansı prosedurlar tətbiq olunur?

Botulinum toksini inyeksiyaları, böyük və kiçik ənsə siniri blokadaları, supraorbital sinir blokadası, digər periferik sinir blokadaları, həmçinin CGRP əleyhinə profilaktik inyeksiyalar. Prosedurlar həkim tərəfindən icra olunur.

Uşaq və yeniyetmələr qəbul olunurmu?

Bəli. Uşaq, yeniyetmə və yetkin xəstələr qəbul olunur. Uşaq və yeniyetmələrdə baş ağrısı Dr. Sərxan Əmirquliyevin elmi tədqiqat sahələrindən biridir; bu mövzuda Milli Nevrologiya Jurnalında məqaləsi dərc olunmuşdur.

Konsultasiya hansı dillərdə aparılır?

Azərbaycan, türk, ingilis, alman, rus və Danimarka dillərində.

Qəbula necə yazılmaq olar?

Qeydiyyat +994 50 263 04 35 nömrəsi ilə əlaqə saxlamaqla və ya əlaqə səhifəsindəki formu doldurmaqla aparılır. Şəhərdən kənarda yaşayan xəstələr üçün onlayn konsultasiya imkanı mövcuddur.

Elmi fəaliyyət

Elmi məqalələr və konqres məruzələri ilə tanış ola bilərsiniz.

Elmi işlərə keçid