Dr. Sərxan Əmirquliyev
Tədbirlər

Türkiyədə keçirilən beynəlxalq baş ağrısı konqresində Azərbaycanı təmsil etdik

19 Oktyabr 2025

2abe008e 57de 449a a67c 474bba24a2f6

17–19 oktyabr tarixlərində Türkiyənin Mersin şəhərində keçirilən 10-cu GMPS və 6-cı MENA Baş Ağrılarının İdarəedilməsi (Management of Headache) Konqresi baş ağrıları və miqren sahəsində beynəlxalq səviyyədə ən nüfuzlu elmi tədbirlərdən biri idi.

Bu konqresdə Miqren və Baş Ağrıları Mərkəzinin rəhbəriAzərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin təsisçisi kimi Azərbaycanı təmsil etdik.

Tədbirdə həm məruzəçi, həm də elmi sessiyalardan birinin sədri qismində çıxış etdik. Məruzəmiz “Pasiyentlərə hədəflənmiş düzgün sorğu” mövzusuna həsr olunmuşdu və iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Çıxış zamanı pasiyentlərə fərdi yanaşmanın, düzgün sualvermə texnikasının və məqsədyönlü sorğuların klinik diaqnostikada rolu barədə elmi əsaslara və praktik təcrübələrə əsaslanan məlumatlar paylaşdıq.

Konqres çərçivəsində Avropanın və Yaxın Şərqin baş ağrısı və miqren üzrə aparıcı alimləri, beynəlxalq assosiasiyaların nümayəndələri və tədqiqatçılarla elmi fikir mübadiləsi aparmaq, yeni əməkdaşlıq istiqamətləri müzakirə etmək imkanı əldə etdik.

Tədbirdəki elmi fəaliyyətimizə və sessiya rəhbərliyimizə görə konqresin təşkilat komitəsi tərəfindən məruzəçi, sessiya sədrifəal iştirakçı kimi beynəlxalq sertifikatlarla təltif edildik.

Bu konqresdə iştirakımız həm peşəkar inkişafımız, həm də Azərbaycanın baş ağrısı və miqren sahəsində beynəlxalq elmi arenada təmsil olunması baxımından böyük əhəmiyyət daşıdı.

Digər tədbirlər

1c593e3b 6589 45ed 9111 15fd0daa59e6

21 Yanvar 2026

Azərbaycan Psixiatriya və Sinir Elmləri Konqresində iştirak etdik

01–02 noyabr 2025-ci il tarixlərində Bakı şəhərində, Radisson Oteldə keçirilən “Azərbaycan Psixiatriya və Sinir Elmləri Konqresi” psixiatriya və nevrologiya sahəsində ölkə üzrə aparıcı mütəxəssisləri bir araya gətirən nüfuzlu elmi platformalardan biri oldu. Konqres çərçivəsində psixi sağlamlıq, nevroloji xəstəliklər, müasir diaqnostik yanaşmalar və müalicə strategiyalarına dair aktual mövzular geniş müzakirə edildi. Elmi sessiyalarda təqdim olunan məruzələr…

sarxan doktor

15 Yanvar 2026

61-ci Türk Nevrologiya Konqresində iştirak etdik.

13–17 dekabr 2025-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən 61-ci Türk Nevrologiya Konqresi nevrologiya sahəsində beynəlxalq əhəmiyyət daşıyan nüfuzlu elmi tədbirlərdən biri idi. Bu mötəbər konqresdə “Regional Session” çərçivəsində “Pediatrik praktikada birincili baş ağrılarının yayılması və diaqnostik çətinlikləri” mövzusunda məruzə ilə çıxış etdik. Məruzəmizdə uşaqlarda birincili baş ağrılarının yayılma xüsusiyyətləri, diaqnostik yanaşmada qarşılaşılan çətinliklər və…

Img 20251220 143559 1

20 Dekabr 2025

Beynəlxalq Miqren və Baş ağrıları Konfransında iştirak etdik

20 dekabr 2025-ci il tarixində Bakı şəhərində keçirilən Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin (AMMİB) 1-ci İllik Beynəlxalq Konfransında Birliyin həmtəsisçisi və Təşkilat Komitəsinin sədri Dr. Sərxan Əmirquliyev iştirak etmişdir. Konfransın açılış mərasimində çıxış edən Dr. Sərxan Əmirquliyev tədbir iştirakçılarını salamlayaraq, konfransın əsas məqsədinin baş ağrısı və miqrenin diaqnostika və müalicə imkanlarının genişləndirilməsi, beynəlxalq təcrübənin paylaşılması…