Dr. Sərxan Əmirquliyev
Tədbirlər

İHC 2025 — Beynəlxalq Baş Ağrısı Cəmiyyətinin (İHS) illik beynəlxalq konqresində iştirak etdik.

13 Sentyabr 2025

Bookmark aug24 1 1024x383

10–14 sentyabr tarixlərində Braziliyanın Sao-Paolo şəhərində keçirilən 22-ci İHC 2025 — Beynəlxalq Baş Ağrısı Cəmiyyətinin (İHS) illik beynəlxalq konqresində Miqren və Baş Ağrıları Mərkəzinin rəhbəri Dr. Sərxan Əmirquliyev məruzəçi qismində dəvət olunmuşdur.

Dr. Sərxan Əmirquliyev İHS prezidenti Prof. Rami Burstein-in idarə etdiyi “Presidential Symposium” sessiyasında “Access to headache care in Azerbaijan” mövzusunda çıxış etmişdir. Həmçinin “Basic Science” sessiyasına sədrlik etmişdir.

Bu mötəbər tədbirdə dünyanın baş ağrıları və miqren sahəsi üzrə aparıcı alimləri iştirak etmişlər. Konqresə verdiyi töhfəyə görə Dr. Sərxan Əmirquliyev məruzəçi, sessiya sədri və iştirakçı kimi sertifikatlarla təltif olunmuşdur.

Digər tədbirlər

1c593e3b 6589 45ed 9111 15fd0daa59e6

21 Yanvar 2026

Azərbaycan Psixiatriya və Sinir Elmləri Konqresində iştirak etdik

01–02 noyabr 2025-ci il tarixlərində Bakı şəhərində, Radisson Oteldə keçirilən “Azərbaycan Psixiatriya və Sinir Elmləri Konqresi” psixiatriya və nevrologiya sahəsində ölkə üzrə aparıcı mütəxəssisləri bir araya gətirən nüfuzlu elmi platformalardan biri oldu. Konqres çərçivəsində psixi sağlamlıq, nevroloji xəstəliklər, müasir diaqnostik yanaşmalar və müalicə strategiyalarına dair aktual mövzular geniş müzakirə edildi. Elmi sessiyalarda təqdim olunan məruzələr…

sarxan doktor

15 Yanvar 2026

61-ci Türk Nevrologiya Konqresində iştirak etdik.

13–17 dekabr 2025-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən 61-ci Türk Nevrologiya Konqresi nevrologiya sahəsində beynəlxalq əhəmiyyət daşıyan nüfuzlu elmi tədbirlərdən biri idi. Bu mötəbər konqresdə “Regional Session” çərçivəsində “Pediatrik praktikada birincili baş ağrılarının yayılması və diaqnostik çətinlikləri” mövzusunda məruzə ilə çıxış etdik. Məruzəmizdə uşaqlarda birincili baş ağrılarının yayılma xüsusiyyətləri, diaqnostik yanaşmada qarşılaşılan çətinliklər və…

Img 20251220 143559 1

20 Dekabr 2025

Beynəlxalq Miqren və Baş ağrıları Konfransında iştirak etdik

20 dekabr 2025-ci il tarixində Bakı şəhərində keçirilən Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin (AMMİB) 1-ci İllik Beynəlxalq Konfransında Birliyin həmtəsisçisi və Təşkilat Komitəsinin sədri Dr. Sərxan Əmirquliyev iştirak etmişdir. Konfransın açılış mərasimində çıxış edən Dr. Sərxan Əmirquliyev tədbir iştirakçılarını salamlayaraq, konfransın əsas məqsədinin baş ağrısı və miqrenin diaqnostika və müalicə imkanlarının genişləndirilməsi, beynəlxalq təcrübənin paylaşılması…