10–14 sentyabr tarixlərində Braziliyanın Sao-Paolo şəhərində keçirilən 22-ci İHC 2025 — Beynəlxalq Baş Ağrısı Cəmiyyətinin (İHS) illik beynəlxalq konqresində Miqren və Baş Ağrıları Mərkəzinin rəhbəri Dr. Sərxan Əmirquliyev məruzəçi qismində dəvət olunmuşdur.
Dr. Sərxan Əmirquliyev İHS prezidenti Prof. Rami Burstein-in idarə etdiyi “Presidential Symposium” sessiyasında “Access to headache care in Azerbaijan” mövzusunda çıxış etmişdir. Həmçinin “Basic Science” sessiyasına sədrlik etmişdir.
Bu mötəbər tədbirdə dünyanın baş ağrıları və miqren sahəsi üzrə aparıcı alimləri iştirak etmişlər. Konqresə verdiyi töhfəyə görə Dr. Sərxan Əmirquliyev məruzəçi, sessiya sədri və iştirakçı kimi sertifikatlarla təltif olunmuşdur.



