EHC25 — Avropa Baş Ağrıları Federasiyasının 19-cu Avropa Baş Ağrıları Konqresində iştirak etdik

Təcili hallar üçün əlaqə vasitəsi
+99450 263 04 35
27ba4f1f be5a 4e4a aef4 e1847cae838a

3–6 dekabr tarixlərində Portuqaliyanın Lissabon şəhərində keçirilən EHC25 — Avropa Baş Ağrıları Federasiyasının 19-cu Avropa Baş Ağrıları Konqresində Miqren və Baş Ağrıları Mərkəzinin rəhbəri Dr. Sərxan Əmirquliyev iştirak etmişdir.

Konqres çərçivəsində Dr. Sərxan Əmirquliyev iki elmi sessiyaya — “Late-Breaking Oral Abstract Session”“E-Poster Session” — sessiya sədri qismində rəhbərlik etmişdir. Bu, beynəlxalq elmi ictimaiyyət tərəfindən ona göstərilən yüksək etimadın göstəricisi kimi dəyərləndirilir.

Mötəbər beynəlxalq tədbir European Headache Federation (EHF) tərəfindən təşkil olunmuş və baş ağrıları sahəsində dünyanın aparıcı mütəxəssislərini bir araya gətirmişdir. Konqres elmi müzakirələr, bilik və təcrübə mübadiləsi baxımından yüksək səviyyədə təşkil olunaraq iştirakçılar üçün yadda qalan platforma olmuşdur.

x

Əlaqə vasitələri

Citomed klinikası: Möhsün Sənani 106, Baku, Azerbaijan AZ1078

Email: s.amirkuliyev1@gmail.com

Zəng üçün: +99450 263 04 35