Dr. Sərxan Əmirquliyev
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Sinir Xəstəlikləri və Klinik Neyrofiziologiya kafedrasının doktorantı, Citomed klinikasında yerləşən Miqren Baş Ağrıları Mərkəzinin rəhbəri vəzifəsində çalışır.
O, Kopenhagen Universitetinin Danimarka Baş Ağrısı Mərkəzində klinik təcrübə ilə yanaşı tədqiqatçı-həkim olaraq miqrenin patofizioloji mexanizmlərinin öyrənilməsinə həsr olunmuş çoxsaylı çoxmərkəzli tədqiqatlarda fəal iştirak etmişdir.
Almaniyanın Kristian Albrecht Universitetində “Miqren və Baş Ağrılar”üzrə Magistr dərəcəsini alıb, Almaniyanın “Schmerz”-klinikasında praktiki ixtisas artırma kurslarında dəfələrlə iştirak etməklə, klinik təcrübə toplayaraq baş ağrısı və miqrenin differensial diaqnostikası sahəsində yüksək ixtisaslı mütəxəssis kimi tanınmışdır.
