Posttravmatik baş ağrılarının müalicəsi

Psixoloji  dəstək və yanaşmalar (koqnitiv davranış terapiyası, stressin idarə edilməsi), fizioterapiya və reabilitasiya proqramları travmadan dolayı yaranan həm fiziki, həm də psixoloji neqativləri azaltmaq baxımından əhəmiyyət kəsb edir.
Təcili hallar üçün əlaqə vasitəsi
+99450 263 04 35

Posttravmatik baş ağrıları (PTBA) adətən baş travmasından sonrakı dövrdə, bir neçə həftə və ya ay ərzində inkişaf edə bilən, hər iki tərəfdən və ya bir tərəfdən yayılan, tez-tez gərgin tipli və ya miqrenə bənzər xüsusiyyətlər göstərən ağrılar ola bilər.

Müalicə posttravmatik kontekstdə bir neçə mərhələdən ibarətdir. İlkin mərhələdə detalı nevroloji qiymətləndirmə, travmanın dərəcəsi, travmanın beyin funksiyasına təsiri, həmçinin digər simptomların (məsələn, konsentrasiya pozuntuları, yuxu problemləri, psixoloji stres) dəyərləndirilməsi aparılır.

Simptomatik müalicədə ağrıkəsicilər (NSAİD‑lər, parasetamol), miqrenə uyğun simptomatik dərmanlar istifadə oluna bilər. Profilaktik müalicə  antidepresant (amitriptilin) və antikonvulsant (topiramat, gabapentin) preparatlarla planlaşdırıla bilər.

Psixoloji  dəstək və yanaşmalar (koqnitiv davranış terapiyası, stressin idarə edilməsi), fizioterapiya və reabilitasiya proqramları travmadan dolayı yaranan həm fiziki, həm də psixoloji neqativləri azaltmaq baxımından əhəmiyyət kəsb edir.

x

Əlaqə vasitələri

Citomed klinikası: Möhsün Sənani 106, Baku, Azerbaijan AZ1078

Email: s.amirkuliyev1@gmail.com

Zəng üçün: +99450 263 04 35