13–17 dekabr 2025-ci il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən 61-ci Türk Nevrologiya Konqresi nevrologiya sahəsində beynəlxalq əhəmiyyət daşıyan nüfuzlu elmi tədbirlərdən biri idi.
Bu mötəbər konqresdə “Regional Session” çərçivəsində “Pediatrik praktikada birincili baş ağrılarının yayılması və diaqnostik çətinlikləri” mövzusunda məruzə ilə çıxış etdik.
Məruzəmizdə uşaqlarda birincili baş ağrılarının yayılma xüsusiyyətləri, diaqnostik yanaşmada qarşılaşılan çətinliklər və klinik praktikada diqqət yetirilməli əsas məqamlar elmi və praktik baxımdan iştirakçıların diqqətinə çatdırıldı. Təqdimat müzakirələrə səbəb oldu və maraqla qarşılandı.
Konqres çərçivəsində nevrologiya sahəsində çalışan mütəxəssislərlə elmi fikir mübadiləsi aparmaq və regional əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə etdik.
Bu konqresdə iştirakımız həm peşəkar fəaliyyətimiz, həm də pediatrik baş ağrıları sahəsində aktual mövzuların beynəlxalq elmi platformada təqdim olunması baxımından mühüm əhəmiyyət daşıdı.
Tədbirə dəvətə görə Türk Nevrologiya Cəmiyyətinə, Elmi Komitəyə və konqresi yaddaqalan edən bütün iştirakçılara təşəkkürümüzü bildiririk.






